Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Füzuli rayonunda müşavirə keçirilib

15 apr 2023, 13:08
Füzuli rayonunda müşavirə keçirilib

Füzuli rayonunda birinci rüb ərzində vətəndaş müraciətləri, onların təhlili və qarşıda duran vəzifələrə həsr edilmiş ümumrayon müşavirəsi keçirilib. “Qafqazinfo” xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, YAP Füzuli rayon təşkilatının sədri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

LiderXəbər xəbər verir ki, müşavirəyə başlamazadan əvvəl bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon ərazisində sahibkarlarlığın və özəl sektorun inkişafına mübit şəraitin yaradıldığını bildirib.

Müşavirədə Rayon İcra Hakimiyyəti vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Rəqəmsal İcra Hakimiyyəti elektron sisteminin üstünlükləri haqqında məlumat verilmişdir. Belə ki, vətəndaşlar vaxt itirmədən qısa müddət ərzində Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin səlahiyyətlərinə aid olan sənədləri onlayn qaydada əldə edə və qəbullara yazıla bilərlər. 2023-cü ilin 3 ayı ərzində vətəndaşlara Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə getmədən ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar olmaqla ümümilikdə 1013 arayış verilib.

Bununla yanaşı artıq rayonda ASAN müraciət informasiya sisteminin aktiv olması barədə məlumat verilib.  

Bundan sonra Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaş müraciətlərinin motivinin əsasını təşkil edən məsələlərə cavabdeh xidmət təşkilatlarının rəhbərlərinə ciddi iradını bildirib və mövcud problemlərin qısa müddət ərzində həll olunması üçün tapşırıqlarını verib. Müşavirə zamanı vətəndaşların öz müraciətlərini sərbəst səsləndirmələri üçün yaradılmış şəraitdən istifadə edərək, rayon ərazisində şəkər dərmanlarının vaxtında çatdırılması, təcili tibbi yardım xidmətinin təşkili, yollarda hərəkətin sıxlığını nəzərə alaraq kamera və radarların quraşdırılması, içməli və suvarma suyu ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması, sahibsiz itlərin yaşayış məntəqələrindən uzaqlaşdırılması, Böyük Bəhmənli kəndində sakinlərin ümumi istifadəsində olan örüş sahəsinin qanunsuz zəbt olunması mövcud problemlər olaraq vətəndaşlar tərəfindən bildirilib.

Sonda Alı Alıyev çıxış edərək Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq yerlərdə qəbul və səyyar görüşlərin keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsinin Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən bundan sonrada davam etdiriləcəyini bildirib.