Son Xəbərlər
İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq edib.
Bəzi qida məhsulları uzun müddət otaq temperaturunda saxlanılsa belə,
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır. Liderxeber.az-ın
“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə
1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni
Dekabrın 20-də "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik
banner

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

06 apr 2023, 17:54
Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2-ci Qaralı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀ 
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Yuxarı Qaramanlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək 2-ci Qaralı  kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Aprel qələbələri tarixi zəfərimizin başlanğıcıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilən əks-əməliyyat zamanı qazanılan qələbə Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdiyini, işğaldan azad olunan ərazilərdə görülən işləri görüş iştirakçılarının diqqətinə çatdırıblar.
 
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Aprel döyüşlərinin 44 günlük Vətən müharibəsinin başlanğıcı olmasını, düşmənin aprelin 2-ə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmasını, Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildiyini və qəti cavab zərbələri endirilməsini, düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilərək məhf edilməsini, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhf edilməsi haqqında görüş iştirakçılarını məlumatlandırıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, kənd daxili yolların təmiri, suvarma suyunda yaranan çətikliklər, elektrik xətlərinin yenilənməsi, dayanacaq qurulması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.