Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılıb

05 apr 2023, 14:52
Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirildi. 

LiderXəbər-in məlumatına görə, hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qobu” gil yatağı, “Güzdək” əhəngdaşı yatağı, Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Alabaşlı” hematit yatağı, Göygöl rayonu “Qızılca” plagioporfir (tikinti daşı) yatağı, Ağcabədi rayonu “Şahmalı” qum-çınqıl yatağı və Qubada 3 lot üzrə “Qorxmazoba” qum-çınqıl yatağı satışa çıxarıldı. Ümumilikdə 9 lot üzrə 7 yataq.  

Hərracın qalibləri: Sədərək Firması, fiziki şəxslər Əlihəsənov Xanağa, Səmədov Fərman, Məmmədov İlqar, Ələkbərov Taleh, Nağıoğlu MMC, Norm ASC.

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən də əldə etmək mümkündür.