Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Neftçalada su ehtiyatlarından səmərəli istifadə mövzusunda görüş keçirilib

05 apr 2023, 11:01
Neftçalada su ehtiyatlarından səmərəli istifadə mövzusunda görüş keçirilib

Neftçala rayonunda su ehtiyatlarından səmərəli istifadə mövzusunda geniş formatda görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, yerli İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, Neftçala Suvarma Sistemləri İdarəsinin, DAİM-in rəhbər şəxsləri, bələdiyyə sədrləri, Sudan İstifadəedənlər Birlikləri və fermerlər iştirak edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirdiki, su ehtiyatlarından səmərəli istifadə, növbəlilik qrafikinə uyğun olaraq suvarma suyunun suvarılması, ərazilərdə içməli suya olan tələbatın təmin olunması və yaranan çətinliklərin dərhal aradan qaldırılması ilə əlaqədar birlikdə fəaliyyət göstərilməsini diqqətə çatdırıb. Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində yaranan bu kimi halların vaxtında həll olunması üçün Operativ Qərargah yaradıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə çıxış edən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov, DAİM-in direktoru Ramil Salmanov, Azərişıq ASC-in Neftçala rayon şöbəsinin məsul şəxsi Vurğun Şirəliyev suvarma suyunda növbəlilik qrafikinə uyğun suvarmanın aparılması, sudan səmərəli istifadə olunması, içməli su təminatında, elektrik nasosların işləməsi zamanı qarşıya çıxa biləcək çətinliklərin vaxtında həll olunması məsələləri müzakirə olunub.

Rayon sakinlərindən əkin sahələrinin suvarılması zamanı sudan qənaətli, səmərəli istifadə etmək tövsiyyə olunur və ərazilərdə hər hansısa bir çətinliklər yaranarsa Neftçala Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.