Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

XİN: "İran Azərbaycanın xoş niyyətli addımlarına lazımi qarşılıq vermir"

03 apr 2023, 18:46
XİN: "İran Azərbaycanın xoş niyyətli addımlarına lazımi qarşılıq vermir"

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvidən İran rəsmilərinin həqiqətdən uzaq bəyanat və çıxışlarına son qoymasını tələb edib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

İranın Azərbaycandakı səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları iki ölkə arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, iki ölkə arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Qeyd edək ki, aprelin 3-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) İran səfirliyinin notası daxil olub.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi aprelin 3-də XİN-ə çağırılıb. İran tərəfinə cavab notası təqdim edilib