Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

DYP: "Ötən il Azərbaycanda 167 avtomobil qaçırılıb"

03 apr 2023, 11:24
DYP: "Ötən il Azərbaycanda 167 avtomobil qaçırılıb"

Keçən il respublika üzrə qaçırılan nəqliyyat vasitələrinin sayı 2021-ci illə müqayisədə 14 fakt azalaraq 181-ə qarşı 167 olub. Görülən tədbirlər nəticəsində onlardan 164-ü isti izlərlə tapılıb.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, respublikanın rayonlarında qaçırılan 73 avtomobildən 72-si, Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılıb.

"Nəqliyyat vasitələrinin qaçırılması hallarına qarşı aparılan mübarizə tədbirlərinin statistikası uğurlu nəticələrdən xəbər versə də, təhlillər göstərir ki bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan bir sıra amillər də mövcuddur. Belə ki, bu növ cinayətlərin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan yol sahələrində saxlanılan, səsli həyəcan siqnalı ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan) nəqliyyat vasitələri olur ki, bu da sonradan xoşagəlməz nəticələrə gətirib çıxarır" - məlumatda bildirilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu kimi cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün nəqliyyat vasitələrini park edərkən, yaxud dayanma-durma zamanı yuxarıda göstərilən hallara diqqət yetirməyə çağırır.