Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Ombudsman: “Azərbaycanlılara qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmalıyıq”

31 mar 2023, 11:35
Ombudsman: “Azərbaycanlılara qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmalıyıq”

“Azərbaycanlılara qarşı törədilən soyqırımı beynəlxalq ictimaiyyətə çatdırmalıyıq və Azərbaycan həqiqətlərini bütün dünya bilməlidir”.

LiderXəbər xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva martın 31-də Qubada jurnalistlərə açıqlamasında deyib.

Ombudsman bildirib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməmişdi: “Yalnız ulu öndərin 1998-ci ildə imzaladığı müvafiq sərəncamla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və birbaşa Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Dövlət başçısı İlham Əliyevin bizə tapşırığı odur ki, bu məsələləri həmişə diqqətdə saxlayaq, bütün beynəlxalq platformalarda dünya ictimaiyyətinin diqqətinə çatdıraq ki, Azərbaycan həqiqətləri budur”.

Qeyd edək ki, Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans keçirilir. Ombudsman Səbinə Əliyeva tədbirdə iştirak edir.