Son Xəbərlər
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
Xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta
"İranın Ali Rəhbəri Əli Xamenei "Doğru Vəd-3" əməliyyatının
Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.
Bakı Təşəbbüs Qrupu (BTQ) və “One St. Martin Association” Əməkdaşlıq
banner

Düşmən unutmamalıdır ki, “Dəmir Yumruq”  yerindədir

28 mar 2023, 09:02
Düşmən unutmamalıdır ki, “Dəmir Yumruq”  yerindədir

30 ilə yaxın dövr ərzində doğma nəfəslərindən uzaq düşmüş tarixi yurd yerlərimiz bu gün aydın səma altında yenidən qurulur, gözəlləşir. Vətən içərisində öz elindən məcburi köçkün düşmüş vətəndaşlarımız artıq doğma torpaqlarına dönəcəkləri günü səbrsizliklə gözləyirlər. 2021-ci ildən etibarən artıq  üçüncü  dəfədir  ki, başda Müzəffər Ali Baş Komandan olmaqla xalqımız  Novruz  bayramını  doğma  Qarabağımızda qeyd edir. Bəli, bu, çox böyük  xoşbəxtlikdir. Lakin bilirik ki, bu xoşbəxlik heç də xalqımıza asan başa gəlmədi.

Bu yolda Şəhidlər verdik, cavanlarımız qazi oldu. İgid oğlullarımız tariximizin ən şərəfli səhifəsini yazarkən misli görünməmiş şücaət, qəhrəmanlıq göstərdilər. Cənab Prezident demək olar ki, hər nitqində, hər müraciətində ermənilərə, onlara havadarlıq edənlərə 44 gün ərzində baş verənləri xatırladır. Bizim müharibə istəmədiyimizi, sülh, əminamanlıq içərisində, normal, mehriban qonşuluq münasibətlərində yaşamaq istədiyimizi bildirir. Fikirlərində onlara bir daha müharibə olarsa sonlarının olacağını dönə-dönə qeyd edir.

Bütün bunlara baxmayaraq biz qarşı tərəfin sanki bütün olanlardan  ibrət  dərsi götürmədiyinin şahidi oluruq. Ermənistanın içərisindən və kənardan bu qondarma dövlətin sonunu, məhvini arzulayan  revanşist  qüvvələr baş qaldıraraq düşməni qisas almağa səsləyir. Cənab Prezident bu dəfəki müraciətində də Ermənistan  və onun havadarlarını çirkin əməllərindən  əl çəkməyə səslədi. Düşmən unutmamalıdır ki, “Dəmir Yumruq”  yerindədir. Azərbaycanın işi dünən də, bu gün də, sabah da  haqq işidir. Bizə qarşı edilən istənilən çirkin plana güclü iradəmiz, güclü siyasətimiz, Müzəffər Liderimiz və Ordumuz cavab veəcəkdir. Biz Ermənistan ordusunu məhv edən  xalqıq. Bu gün bəzi “beynəlxalq qurum”ların fikirlərində hələ də ikili standartların mövcud olduğunun şahidi oluruq. Sanki düşmən 30 il ərzində torpaqlarımızı işğal edərək oranı məhv etməyib, Ağdamı “Qafqazın Xirosiması”na döndərməyib..  Xalqımız bu yanaşmanı, bu xəyanəti, vəhşiliyi heç vaxt olmayacaq. Xalqımız bütün dünyaya sübut edib ki,  Biz böyük xalqıq!, Biz Qalib xalqıq!. Biz hər zaman Qalib Sərkərdəmizin ətrafında sıx birləşərək daim irəliyə  gedəcəyik! 

Alimə Şabiyeva
Neftçala şəhər sakini, müəllim