Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Bakıda bağlı olan yolların - Siyahısı

14 avq 2024, 12:43
Bakıda bağlı olan yolların - Siyahısı

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda hərəkətin məhdudlaşdırıldığı yolları açıqlayıb.

Liderxeber.az mərkəzə istinadən xəbər verir ki, paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparır və bununla əlaqədar həmin yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Hazırda təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar:

1. Aleksandr Puşkin küçəsi Dəmiryol Vağzalının qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Həsən bəy Zərdabi prospekti, Musabəyov parkı istiqamətində, Akim Abbasov küçəsi ilə kəsişmədən Həsən Məcidov küçəsi ilə kəsişməyə qədər;

3. Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək);

4. Xətai rayonu, Yusif Səfərov küçəsi ilə kəsişmədən A.Puşkin küçəsi ilə kəsişməyə qədər;

5. Dilarə Əliyeva küçəsi, A.Puşkin küçəsi ilə kəsişmədən Səməd Vurğun bağının yaxınlığı, Rixard Zorge küçəsi ilə kəsişmə istiqamətində;

6. 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) Xəqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Molla Pənah Vaqif prospekti ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;

2. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında;

3. Xətai rayonu, 8 Noyabr prospekti, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısı, hər iki istiqamətdə;

4. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, "Badamdar Hotel"in qarşısı, hər iki istiqamətdə;

5. Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində;

6. Səbail rayonu, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində;

7. Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyədək yolda.