Son Xəbərlər
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və

“Mən bu qanunu ziyanlı hesab edirəm və səs verməyəcəyəm”

07 iyn 2024, 13:56
“Mən bu qanunu ziyanlı hesab edirəm və səs verməyəcəyəm”

“Təxminən 3 milyon azərbaycanlı kənarda yaşayır. Bunların bir hissəsi məcbur gedib vətəndaşlıq alıb, ailəsi burdadır. Qayıdıb gəlir, amma burada vətəndaşlıq ala bilmir”. 

Liderxeber.az xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklə bağlı keçirilən müzakirədə bildirib.

Deputat qeyd edib ki, 30 il əvvəl Azərbaycana köçən Axısxa türkləri hələ də pasport, vətəndaşlıq ala bilmirlər: “Bəzən özümüz öz torpağımızda vətəndaşlıq ala bilmirik. Bu məsələlər nizama salınmalıdır. Öz millətimizdən olan Güneydən gələn cavanlar burada evlənir, amma vətəndaşlıq ala bilmir. 

Bunu necə edə bilərik?! Miqrasiya, oturma haqqı, vətəndaşlıq haqqı vermirik. Biz Güneyi necə sevirik?! Mən bu qanunu milli strateji baxımından ziyanlı qanun hesab edirəm və səs verməyəcəyəm”.