Ədliyyə Nazirliyində yeni təyinat olub.
Liderxeber.az-ın məlumatına görə, ədliyyə nazirinin müvafiq əmri ilə Elşad Məmmədli Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E. Məmmədli 1986-cı ildə anadan olub. O bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.