Son Xəbərlər
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi
Kaliforniyanın cənubunda baş verən meşə yanğınları nəticəsində dəyən iqtisadi
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə
2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi
"Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla
Türkiyənin cənubundakı Hatay şəhərinin Yayladağı qəsəbəsində 4 maqnitudalı
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Liderxeber.az-a
banner

Milli Məclisdə bu ilin büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılıb

07 iyn 2024, 11:34
Milli Məclisdə bu ilin büdcəsinə dəyişikliklər müzakirəyə çıxarılıb

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Liderxeber.az-ın xəbərinə görə, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

İclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.

Dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, infrastruktur və digər layihələrin maliyyə təminatı üçün 1 milyard 184 milyon manat, beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər üzrə 499 milyon manat, zəruri əsaslı xərclər, təmir və sair üçün 146 milyon manat yönəldilməsi nəzərdə tutulur.

Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.