Son Xəbərlər
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox
“Türkiyə kiberhücumlara qarşı hazırdır”. Liderxeber.az-ın Türkiyə müxbirinin
banner

Daşda əbədiləşdirilən qəhrəman

06 iyn 2024, 15:25
Daşda əbədiləşdirilən qəhrəman

Quliyev Nəcməddin Natiq oğlu 21 dekabr 1998-ci ildə Azərbaycanın Cəlilabad rayonunun Cünzəli kəndində anadan olub. Gizir 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Cəlilabad rayonunun Cünzəli kəndinin qəbiristanlığında torpağa tapşırılıb. Quliyev Nəcməddin Natiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Nəcməddin Quliyev şəhid olmamışdan əvvəl şəhid olacağı təqdirdə hərbi qulluqçu ailəsinə 11 min manat miqdarında verilən sığorta ödənişi hesabına Cünzəli kəndinin yollarına asfalt çəkilməsini vəsiyyət etmişdir. Vurğulamaq laızimdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən şəhidin vəsiyyəti yerinə yetirilib və Cəlilabad rayonunun Cünzəli kəndinin yollarına asfalt çəkilib.

Gizir Nəcməddin Quliyevin vətəndaş mövqeyi böyük igidliyi, şəhid olduğu halda vəsiyyət etdiyi sözləri Azərbaycanı sevən insanları çox kövrəltmişdir. Onlardan biri də qocaman müəllim, heykəltəraş Həsənov Eldar Qəhraman oğlu idi. Bu sözlər ona çox təsir etmişdi. O, qısa zamanda təmənnasız olaraq şəhidimizin heykəlini yaratmışdı. Ona bu işdə tələbəsi Əliyar Allahverdiyev və gənc memar Nigar Cəbrayılova kömək göstərmişlər.

Bir heykəltəraş kimi böyük təcrübə və istedada malik olan Eldar Həsənov hazırda təqaüdçü olmasına baxmayaraq, öz bədii yaradıcılıq fəaliyyətini davam etdirməkdədir. Heykəltəraşın ərsəyə gətirdiyi çoxsaylı plastika nümunələri içərisində, Nəcməddin Quliyevə həsr etdiyi büstü heykəltəraşın mühüm yaradıcılıq nailiyyəti hesab etmək olar.

Nəcməddin Quliyevin büstü hər cür süni təmtəraqdan uzaqdır. Heykəltəraş öz əsərində qəhrəmanın sadəlik və nikbinlik kimi keyfiyyətlərini üzə çıxarmağı bacarmışdır. O, təsvir etdiyi obrazın zahiri bənzəyişini olduqca dəqiq vermiş, eyni zamanda gizirin fəaliyyətini ümumiləşdirən cizgilər tapmışdır. Şəhidin geniş, ağıllı alnı və habelə üzünün digər detalları olduqca real işlənilib. Bütövlükdə, bu kiçik beton büst müəllifin – heykəltəraş Eldar Həsənovun kamil texniki ifaçılıq məharətinin mühüm nəticəsi kimi qiymətləndirmək olar.

Vurğulamaq istərdim ki, gizir Nəcməddin Quliyevin büstünü heykəltəraş Eldar Həsənov öz vəsaiti hesabına hazırlamış və şəhidin ailəsinə bağışlamışdı. Hazırda bu büst şəhid arzuladığı asfalt yolun qırağında, oxuduğu məktəbin yaxınlığında qurulub. Cəlilabad rayonunun Cünzəli kəndinin sakinləri və qonaqları hər gün şəhidimiz ilə görüşəcəklər və ona rəhmət oxuyacaqlar. Bəlkə bu zaman heykəli yaradanlar da yada düşər.

Sonda arzu edərdim ki, gizir Nəcməddin Quliyev kimi digər şəhid və qəhrəmanlarımızın da obrazı əbədiləşdirilsin - onların hər birinə həsr olunmuş heykəl yaradılsın və yeni nəslin nümayəndələri unutqanlıq sindromundan uzaq olub belə şəhidlərimi öz yaddaşında, ürək və qəlbində əbədi yaşadsınlar, onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad etsinlər.  

Həşim Kainat oğlu Paşayev

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent