Son Xəbərlər
2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Liderxeber.az milli
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə
Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan təmizlikçi qadın,
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib.
Ukrayna Rusiyanın sədrliyi ilə keçirilən BMT-nin Təhlükəsizlik Şurasının
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
banner

Sabahın hava proqnozu

03 mar 2023, 14:17
Sabahın hava proqnozu

Martın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.