Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

Vətən müharibəsi iştirakçısına Göygöldə vəzifə verildi

22 avq 2023, 09:07
Vətən müharibəsi iştirakçısına Göygöldə vəzifə verildi

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin müvafiq Sərəncamı ilə Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifəsinə Vətən müharibəsi iştirakçısı Rəhimov Pərvin Arif oğlu təyin olunub.
 
Pərvin Arif oğlu Rəhimov 1992-ci ildə Göygöl rayonunda anadan olub. 1999-2010-cu illərdə Göygöl şəhər S.Vurğun adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz ölkələri üzrə Regionşünaslıq (Qafqazşünaslıq) ixtisasına qəbul olub. 2014-cü ildə Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə başlamışdır. 2015-ci ildə hərbi xidməti borcunu yerinə yetirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyi Daxili  Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində Xüsusi təyinatlı qüvvələrin (zoğalı beretlilər-pələng dəstəsi) yarımqrup komandiri vəzifəsində gizir rütbəsinə təyin edilib. Vəzifədə olduğu müddətdə hərbi intizamın möhkəmləndirilməsində və digər təşkil olunmuş yarışlarda yüksək nəticələr göstərdiyinə görə müxtəlif diplom və fəxri fərmanlarla mükafatlandırılıb.
 
2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində Xüsusi təyinatlı Qüvvələrin tərkibində iştirak etmişdir. “Dəmir Yumruq” əməliyyatında göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə  “Cəsur Döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və  “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilmişdır.
 
2023-cü ildə iyul ayından Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin Abonent şöbəsinin qrup rəhbəri vəzifəsində çalışmışdı.