Naxçıvanın daha bir nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

27 Feb 2023, 11:46
Naxçıvanın daha bir nazirliyinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron informasiya resursu yeni "neco.gov.az" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürülüb.

Liderxəbər xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.