Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Sadır Japarov: Ağdamda məktəb tikintisi münaqişələrdən əziyyət çəkən regionlarda sülhün bərpasına töhfədir

24 apr 2024, 15:14
Sadır Japarov: Ağdamda məktəb tikintisi münaqişələrdən əziyyət çəkən regionlarda sülhün bərpasına töhfədir

Bu gün imzalanan strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutan birgə bəyanat ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə şərait yaradır.

LiderXəbər-in məlumatına görə, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında bildirib.

O, həmçinin ölkəsinin sabah Ağdamda təməli qoyulacaq orta məktəb binası inşa etmək təşəbbüsünün münaqişələrdən əziyyət çəkən regionlarda sülhün bərpasına verdiyi töhfə olduğunu bildirib.

Sadır Japarov deyib ki, danışıqlarda Qırğızıstan-Azərbaycan arasında İqtisadi və Humanitar Əməkdaşlığa dair Birgə Komissiyasının iclasının keçirilməsi barədə də razılıq əldə olunub.

Qırğız Respublikasının Prezidenti müzakirələrdə eyni zamanda, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, eləcə də əməkdaşlığın gələcək perspektivləri, habelə, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair məsələlərə də toxunulduğunu bildirib, imzalanan sənədlərin əhəmiyyətindən danışıb: "Bu gün müxtəlif sahələrdə birgə fəaliyyətə dair bir sıra sənədləri də imzaladıq. İmzalanan sənədlərin arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair imzalanan və ortamüddətli perspektivdə ikitərəfli əməkdaşlığın inkişafında yol xəritəsi qismində istifadə olunacaq beşillik kompleks fəaliyyət proqramını da qeyd etmək istərdim. Eyni zamanda, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli vergitutmadan imtina və gəlir vergisinin ödənilməsindən yayınmanın qarşısının alınmasına dair imzalanan və hər iki ölkənin təsərrüfat subyektləri arasında birgə iqtisadi fəaliyyətin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyan razılaşmanı da qeyd etmək istəyərdim. Biz mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumuzu bildirdik", o deyib.