Son Xəbərlər
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin
Kardioloq Sergey Veçtomov istirahət zamanı ürək döyüntüsünün sürətlənməsinin
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları,
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma

Coca-Cola-nın “Yeni İl Karvanı” Bakıya gəlir

30 dek 2023, 18:48
Coca-Cola-nın “Yeni İl Karvanı” Bakıya gəlir

Dünyanın sevilən içki brendi olan Coca-Cola-nın məşhur “Yeni İl Karvanı” Azərbaycana səfərini Bakı şəhərində tamamlayır. Karvan öz əyləncəli şousu ilə 30 dekabrda Bakı şəhər sakinlərinin görüşünə gəlir.

Bundan əvvəl Karvan Gəncə, Qəbələ, İsmayıllı, Lənəkran və Sumqayıt şəhərlərinin qonağı olub.

Coca‑Cola şirkətinin rəsmisi bildirib ki, Karvan qonaqlarını musiqili və əyləncəli şou ilə qarşılayır: “Artıq bir neçə gündür Azərbaycanı şəhər-şəhər dolaşan Karvan nəhayət səfərinin sonuna çatır. Coca-Cola Yeni İl Karvanı ilə Bakı sakinlərinə də bayram əhvalı ötürür. İnanırıq ki, Karvanın qonağı olan hər kəs unudulmaz bayram ab-havasının şahidi olacaq”.

Bildirək ki, Coca‑Cola-nın Yeni İl kampaniyası bununla bitmir. Şirkət Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşlarındandır. Coca-Cola  “Şaxta Babanın evi” və ikonik şam ağacı ilə yarmarkaya xüsusi rəng qatır.

Xatırladaq ki, 1920-ci ildə Coca‑Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl Coca-Cola üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. Coca-Cola Azərbaycanda da hər il Yeni İl üçün biri-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.