Son Xəbərlər
Hava ilə bağlı xəbərdarlıq edilib. Liderxeber.az xəbər verir ki, bu barədə
Son günlər bəzi sərnişinlər tərəfindən “Rome2Rio” platformasında Bakı–Tbilisi
Hava ilə bağlı xəbərdarlıq edilib. Liderxeber.az xəbər verir ki, bu barədə
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insanalverinə qarşı
“Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlımünaqişə
2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu
Bu gündən yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı,
Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
2026-cı ilin temperatur rekordu İranda qeydə alınıb. İyulun 13-də Dehloran

“Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”

15 iyl 2026, 15:43
“Mülki gəmilər və ekipaj üzvləri üçün risklər artıb”

“Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlımünaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir”.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.

“Xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Belə ki, hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.

Bu çərçivədə, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.

Bununla yanaşı, rəsmi xəbərdarlıqlara ciddi şəkildə riayət olunmasını və zərurət yarandıqda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlanılmasını tövsiyə edirik”, - bəyanatda qeyd olunub.