Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“İranla müharibəyə girməyə məcbur oldum”

16 apr 2026, 08:35
“İranla müharibəyə girməyə məcbur oldum”

“İranla müharibəyə girməyə məcbur oldum”.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində deyib.

O, İranla bağlı keçmiş hərbi addımlara dair diqqətçəkən açıqlamalar verib.

Tramp ABŞ iqtisadiyyatı və xarici siyasəti barədə danışarkən İran məsələsinə də toxunub və əvvəlki qərarların “qlobal təhlükəsizlik üçün zəruri” olduğunu bildirib:

“Müharibəyə girməli oldum. Hərbi əməliyyatla döyüşməli oldum. Bəziləri bunu müharibə, bəziləri isə hərbi əməliyyat adlandırır. Asan oldu, çünki dünyanın ən böyük ordusuna sahibik”.

ABŞ Prezidenti əlavə edib ki, həmin addımlar atılmasaydı, nəticələr daha ağır ola bilərdi: “Əgər mən bunu etməsəydim, indi İranın nüvə silahı olardı. Əgər onların nüvə silahı olsaydı, oradakı hər kəsə “ağa” deməli olardınız və bunu etmək istəməzdiniz”.