Son Xəbərlər
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i
Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Liderxeber.az
"Mənfi emosiyalar insan orqanizmini məhv edir. Baş verən hadisələrə daha
Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. Liderxeber.az
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünü İsrail tarixinin
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir

Polis polkovniki Vaqif Əsədov DİN-nin şəxsi heyətini təbrik edib

01 iyl 2026, 23:26
Polis polkovniki Vaqif Əsədov DİN-nin şəxsi heyətini təbrik edib

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Bu münasibətlə Daxili İşlər Nazirliyinin polkovniki Vaqif Əsədov daxili işlər naziri cənab Vilayət Eyvazov başda olmaqla bütün polis əməkdaşlarını təbrik edib.

Təbrikdə deyilir:

"Möhtərəm Daxili İşlər naziri, cənab general-polkovnik hörmətli Vilayət Süleyman oğlu Eyvazov,

Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti və əziz polis veteranları,

Sizi 2 iyul - Azərbaycan Polisi Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və şərəfli xidmətnizdə yeni uğurlar arzulayıram.

Bu il Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur. Bir əsrdən artıq şərəfli tarixə malik olan Azərbaycan Polisi dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai asayişin və qanununun aliliyinin təmin olunmasında, vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm xidmətlər göstərmişdir.

Bu gün də Sizin rəhbərliyiniz altında polis orqanları peşəkarlıq, qətiyyət və Vətənə sədaqətlə xalqımıza layiqincə xidmət edir, cəmiyyətin sabitliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı olaraq yüksək etimad qazanır.

Uca Allah Sizi və bütün Azərbaycan Polisi əməkdaşlarını qorusun! Vətənimizə və xalqımıza xidmət yolunda daim yeni naliyyətlər qazanasınız".