Son Xəbərlər
İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif olunan
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının
Cinayət hadisələri barədə məlumat verilməsi imkanı genişləndirilir.
Azərbaycan bu ilin oktyabrında Maltada təşkil ediləcək “Uşaq Avroviziya” mahnı
“Mərhələli şəkildə 20 min tamștatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında”

Yaşayış yerlərindən imtina edənlər köçkün statusunu itirəcək

30 iyn 2026, 12:14
Yaşayış yerlərindən imtina edənlər köçkün statusunu itirəcək

Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi qanunla müəyyənləşir.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.

Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.

Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.