Son Xəbərlər
İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna təklif olunan
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının
Cinayət hadisələri barədə məlumat verilməsi imkanı genişləndirilir.
Azərbaycan bu ilin oktyabrında Maltada təşkil ediləcək “Uşaq Avroviziya” mahnı
“Mərhələli şəkildə 20 min tamștatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında”

Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir

30 iyn 2026, 11:51
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilir

Cinayət hadisələri barədə məlumat verilməsi imkanı genişləndirilir.

Liderxeber.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatla bağlı bir sıra prosessual müddətlər artırılır. Dəyişiklikdən sonra sadələşdirilmiş icraat artıq məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün deyil, 30 gün müddətində aparılacaq.

Layihəyə əsasən, Məcəllənin bir sıra maddələrində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin məqsədinin formal şikayət etməkdən çox, baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaq olması ilə əsaslandırılır.

Dəyişikliklər hüquqi şəxslərin də cinayət hadisələri barədə məlumat verməsi imkanını genişləndirir. Bununla yanaşı, sadələşdirilmiş icraatın açılması, materiallara baxılması, qərarların qəbul olunması və prokuror nəzarəti ilə bağlı müddətlər də yenilənir. Məqsəd sadələşdirilmiş icraat zamanı işlərin daha hərtərəfli araşdırılması və zəruri sübutların toplanmasının təmin edilməsidir.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.