Son Xəbərlər
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada
“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci
İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə
İyunun 29-da səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə zərbələr endirib.
"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb".
Venesuelada baş vermiş zəlzələnin 5-ci günü dağıntılar altından ana və 9 aylıq
İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN)
Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir. Liderxeber.az
ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün qurulmuş azarkeş zonasında

İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi

29 iyn 2026, 14:46
İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi

"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb".

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yossi Karadi bildirib ki, 2025-ci ilin iyun ayında İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı səlahiyyətlilər 1600-ə yaxın kiber müdaxilə qeydə alıblar. Onun sözlərinə görə, 2026-cı ilin eyni ayında bu insidentlərin sayı təxminən 4800-ə çatıb.

"Bəzi qruplar çox təcrübəlidir. Biz onlarla mübarizə apara bilərik, lakin bu məsələyə ciddi yanaşmalıyıq. Kinetik sahədən fərqli olaraq, kiberməkanda atəşkəs mövcud deyil", - deyə direktor qeyd edib. Karadi hücumların İsrailin kritik infrastrukturu, mərkəzi təşkilatlar, kiçik və orta müəssisələr, eləcə də əhali tərəfindən istifadə edilən sistemlərə yönəldiyini bildirib. O, zərərçəkənlər arasında hüquq və mühasibat şirkətlərinin də olduğunu vurğulayıb.

"Ümid edirəm ki, bu, gələcəkdə də belə davam edəcək - biz mühüm infrastruktura yönəlmiş hücumları dəf edə bilmişik", - deyə o əlavə edib.

Y.Karadinin sözlərinə görə, nüfuz edilməsi daha asan olan şirkətlər çox vaxt nəticədə öz kompüter sistemlərinə çıxışı itirirdilər. Bununla belə, o, hər hansı bir konkret ad çəkməyib.

İran adətən digər ölkələrə qarşı kiberhücumları həyata keçirdiyini inkar edir, lakin eyni zamanda özünə qarşı edilən hücumlar barədə məlumat verir.