Son Xəbərlər
İyunun 29-da səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə zərbələr endirib.
"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb".
Venesuelada baş vermiş zəlzələnin 5-ci günü dağıntılar altından ana və 9 aylıq
İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN)
Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir. Liderxeber.az
ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün qurulmuş azarkeş zonasında
Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İnsan Resursları Departamentinin
“Ukrayna Avropa İttifaqına (Aİ) gələcək üzvlüyü ilə əlaqədar konstitusiyaya
İsrail hökuməti Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş
“İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar

6 milyard dollar İrana qaytarılır

29 iyn 2026, 13:18
6 milyard dollar İrana qaytarılır

İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN) İran aktivlərinin 6 milyard dollarının (10 milyard 200 milyon AZN) blokdan çıxarılması barədə razılığa gəliblər. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Mətbuat xidməti məlumat yayıb.

“Əldə edilmiş razılığa əsasən, Qətərdə olan 12 milyard dollarlıq İran vəsaitlərinin ümumi məbləğindən 6 milyard dollar blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin qaytarılması istiqamətində zəruri işlər davam etdirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ-nin Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyi barədə xəbərlər yayılmışdı.