Son Xəbərlər
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada
“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında
Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci
İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə
İyunun 29-da səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə zərbələr endirib.
"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb".
Venesuelada baş vermiş zəlzələnin 5-ci günü dağıntılar altından ana və 9 aylıq
İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN)
Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir. Liderxeber.az
ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün qurulmuş azarkeş zonasında

İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı

29 iyn 2026, 10:55
İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı

İsrail hökuməti Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş vermiş hadisələri, xüsusən də ermənilərin kütləvi qətllərini yekdilliklə "soyqırımı" kimi qəbul edib.

Liderxeber.az-ın "Euronews"a istinadən verdiyi xəbərə görə, bu təşəbbüs İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülüb və bazar günü Nazirlər Kabinetinin üzvləri tərəfindən təsdiqlənib.

Saar "X" sosial şəbəkəsindəki paylaşımında bu məsələdə göstərdiyi dəstəyə görə İsrailin Baş naziri Benyamin Netanyahuya təşəkkürünü bildirib. Nazir qeyd edib ki, İsrail "tarixi həqiqəti" qəbul edərək və onun inkarı cəhdlərini rədd edərək öz mənəvi borcunu yerinə yetirdi.

Qeyd edək ki, "erməni soyqırımı" dedikdə 1915-ci ildə Osmanlı imperiyasında cərəyan edən hadisələr nəzərdə tutulur.

Rəsmi Ankara isə 1915-ci il hadisələrinin soyqırımı kimi tanınması ilə bağlı çağırışları qəti şəkildə rədd edir.

Lakin İsrail hökumətinin qəbul etdiyi bu qərar yalnız Knesset tərəfindən ratifikasiya edildikdən sonra qanuni qüvvəyə minəcək.

Türkiyə Birinci Dünya müharibəsi zamanı baş verənlərin "soyqırımı" kimi tanınmasına görə İsraili kəskin şəkildə qınayıb. Ankaranın bəyanatında bu addımın siyasi xarakter daşıdığı və əsas məqsədin diqqəti İsrailin öz əməllərindən yayındırmaq olduğu vurğulanıb.