Son Xəbərlər
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az

Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb

10 sen 2023, 12:38
Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 10-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.

Xidmətdən verilən xəbərə görə, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.

Düşən yağıntının miqdarı Qaxda 17 mm, Qubada 15 mm, Qusarda 14 mm, Kürdəmir, Oğuzda 10 mm, Qobustan, Gədəbəydə 9 mm, Daşkəsən, Ağdam, Şamaxı, Göygöl, Tərtər, Zərdab, Qəbələ, Göyçay, Şabran, Astara, Naftalan, Zaqatala, Şəmkir, Ordubad, Yevlax, Bərdə, Beyləqan, Şahbuz, Naxçıvan, Sədərək, Balakən, Mingəçevir, İmişli, Salyan, Sabirabad, Biçənək, Gəncə, İsmayıllı, Altıağac, Xaltan, Şahdağ, Cəfərxan, Biləsuvar, Yardımlı, Lənkəranda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.

Qərb küləyi arabir Zaqatalada (Əlibəydə) 34-40 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Mingəçevirdə 21 m/s, Şəki, Şahdağda 20 m/s, Bərdə, Naxçıvan, Goranboy, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.