Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama

01 iyn 2026, 16:45
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama

“Sosial media hesabımda direktoru olduğum məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarıma, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarıma görə cəzalandırılaraq işdən çıxarılmışam. Mayın 6-sı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı Əmrə əsasən mənimlə müqaviləyə Əmək Məcəlləsinin “70Ç” maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib”.

Bu şikayətlə Liderxeber.az-a Füzuli rayonu 33 nömrəli tam orta məktəbin keçmiş direktoru Mədinə Hallacova müraciət edib.

Onun sözlərinə görə, əmrdə Mədinə Hallacovanın əmək müqaviləsi üzrə öhdəliklərinin mütəmadi pozulduğu, məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığının ortaya çıxdığı iddia edilir: “2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat almışam. İşdən azad edilməyim haqda əmri oxuyanda mənə məlum oldu ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli rayonu üzrə təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Əgər belə aktlar olubsa, niyə sonradan çağırıb mənə bu barədə məlumat verilməyib?

Mən bütün işlərimi qayda-qanunlar çərçivəsində görmüşəm. 2024-cü il sentyabrın 27-si şəhidlərin Anım Günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayonu üzrə təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Bu çəkilişə görə mən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş etsin, şantaj etsin. Onlar dedilər ki, çəkilişə icazələri var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.

M.Hallacova qeyd edib ki, sosial şəbəkə hesabında paylaşımlarından sonra işdən çıxarılması qətiləşdirilib: “Rəhbərlik etdiyim məktəbdə yağış yağarkən ciddi problemlər, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri “Facebook” hesabında paylaşaraq ictimailəşdirdim. Bu paylaşımlardan sonra işdən çıxarılmağımı qətiləşdirdilər. Mən ADA-da ixtisasartırma təhsili alıram və orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayonu üzrə təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Mənə problem yaradılsın deyə təhsil sektorunun müdiri məzuniyyət götürüb və elektron ərizəmə baxmayıb. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Ertəsi gün isə bildirdilər ki, ərizəniz keçərsizdir. Akt tərtib etdilər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.

Sözügedən şəxsin iddiaları ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Füzuli rayon 33 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Hallacova Mədinə Məhəmməd qızı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, Əmək Məcəlləsinin müvafiq maddəsinin, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın, Nazirliyin, Agentliyin və İdarənin təlimatlarının tələblərini pozub.

Nəticədə, adıçəkilən məktəbdə təlim-tərbiyə prosesi, əmək və icra intizamı pozulub, ümumi təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyib. Qeyd edilənləri nəzərə alaraq Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən adıçəkilən şəxs barəsində intizam tənbeh tədbiri tətbiq olunub və işindən azad edilib”.