Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb

21 may 2026, 17:00
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının Ombudsman Aparatının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Konfederasiya sədri Sahib Məmmədov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb. Bu sahədə önəmli rola malik olan Ombudsman institutu ilə səmərəli əməkdaşlıq həyata keçirilir.

Görüşdə həmkarlar ittifaqları sistemində rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və üzvlər üçün daha əlçatan mexanizmlərin yaradılması istiqamətində görülən işlər, aparılan islahatlar, reallaşdırılan layihələr, həmçinin maarifləndirmə, gender bərabərliyinin və sağlam əmək mühitinın təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), AHİK-in Layiqli Əmək Səfiri Səbinə Əliyeva iki qurum arasında imzalanacaq Memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Səbinə Əliyeva Ombudsman təsisatı ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın insan hüquqlarının, əmək və sosial-iqtisadi hüquqların daha səmərəli müdafiəsinə, eləcə də hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, sənəd həmçinin iki qurum arasında əməkdaşlığın yeni mərhələsinin əsasını təşkil etməklə yanaşı, mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Sonra AHİK ilə Ombudsman Aparatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumda AHİK və Ombudsman Aparatı arasında əməkdaşlığın gücləndirilməsi, əmək və sosial hüquqların müdafiəsi, birgə təlimlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

Görüş çərçivəsində AHİK-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.