Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

ABŞ ilə müzakirələrdə əsas fiqura çevrilən iranlı general kimdir?

21 may 2026, 15:12
ABŞ ilə müzakirələrdə əsas fiqura çevrilən iranlı general kimdir?

İranın silahlı qüvvələrinin komandanı olan general Əhməd Vahidi Amerika Birləşmiş Ştatları ilə aparılan müzakirələrdə əsas fiqurlardan biri olub.

Liderxeber.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Mütəxəssislərin qənaətinə görə, o, İranın Ali Rəhbəri Müctəba Xamenei ilə birbaşa təmasa malik olan azsaylı şəxslərdəndir.

Müharibənin Öyrənilməsi İnstitutunun məlumatında qeyd olunur ki, Vahidi və onun yaxın çevrəsi böyük ehtimalla təkcə İranın münaqişələrə hərbi cavabı deyil, həmçinin danışıqlar prosesinə də nəzarəti öz əllərində cəmləşdirmək üçün seçimidir. Tehranın əsas hədəfi qlobal miqyasda enerji böhranı yarada biləcək Hörmüz boğazını bağlamaqdan ibarətdir.

Müzakirələr prosesində İran tərəfi ABŞ-nin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi ilə bağlı tələblərini qəbul etmir. Tehran rəhbərliyi mövcud gərginliyi uzatmağı və Donald Trampın genişmiqyaslı hərbi əməliyyatlara başlamaqdan çəkinməsini gözləyir.

Qeyd edək ki, aprel ayında hər iki dövlətin nümayəndə heyəti Pakistanda görüşsə də, bu danışıqlar heç bir nəticə verməyib.

2026-cı ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı postuna gətirilən Vahidi özünün barışmaz mövqeyi ilə seçilir. General daha öncə "Qüds" qüvvələrinin komandanı və İranın daxili işlər naziri postlarını tutub. Təhlilçilərin fikrincə, Vahidinin bu prosesdəki iştirakı Vaşinqton və Tehran arasında ortaq məxrəcə gəlmək cəhdlərini daha da mürəkkəbləşdirir.