Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Bakıda kanat yolu da çəkiləcək

19 may 2026, 17:02
Bakıda kanat yolu da çəkiləcək

"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".

Liderxeber.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi" adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır.

E.Əzizov qeyd edib ki, Bakıda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb.

O bildirib ki, metro infrastrukturunun genişləndirilməsi ilə yanaşı, şəhər üçün yeni nəqliyyat həllərinin tətbiqi nəzərdə tutulur.

"Bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək",- deyə icra başçısı vurğulayıb.