Son Xəbərlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun
Avropa sakinlərinin ABŞ-yə etimadı indiyə qədər olan ən aşağı səviyyəyə enib.
Filippinin Mindau adasının cənubunda baş verən 7,8 ballıq zəlzələ nəticəsində
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni öz qoşunlarını Yaxın Şərq
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Qarabağ" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir

Magistraturaya qəbulun II cəhdi təkrar keçiriləcək

18 may 2026, 15:49
Magistraturaya qəbulun II cəhdi təkrar keçiriləcək

Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

Bu barədə Liderxeber.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, ​17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Yaranmış vəziyyət nəzərə alınaraq imtahan mərkəzlərinə rəhbər heyət yola salınmazdan əvvəl aşağıdakı göstərişlər verilib:

​İmtahana gecikən iştirakçıların təlimatda nəzərdə tutulmuş saat 09:45 əvəzinə ən gec saat 10:00-dək imtahan binasına buraxılması;

İmtahanın başlanma vaxtının saat 10:00-dan saat 10:15-ə dəyişdirilməsi.

​Saat 10:00-dan etibarən imtahan qərargahına daxil olan məlumatlara əsasən, imtahan binalarının iştirakçılarala dolma dərəcəsinin 80–90% təşkil etdiyi müəyyən edilib. Bununla əlaqədar gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması barədə əlavə qərar qəbul edilib.

​Nəticədə  Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri üzrə bütün 78 imtahan binasında imtahan mütəşəkkil qaydada keçirilmiş və iştirakçıların imtahana başlaması saat 10:30–10:45 intervalında təmin olunub.

Bildirilib ki, həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17912 nəfəri imtahanda iştirak etmişdir. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.

​Bakalavrların diqqətinə çatdırılıb ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.