Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

"Azeronline" "mygov ID" platformasına inteqrasiya olunan ilk provayder oldu

18 may 2026, 13:58
"Azeronline" "mygov ID" platformasına inteqrasiya olunan ilk provayder oldu

"Azeronline" rəqəmsal transformasiya və məlumat təhlükəsizliyi istiqamətində növbəti yeniliyi tətbiq edib. Şirkət provayderlər arasında ilk olaraq abunəçilərin şəxsi kabinetinə giriş imkanını "mygov ID" vahid giriş sistemi ilə inteqrasiya edib.

Yeni inteqrasiya "Azeronline" müştərilərinə şəxsi kabinetə daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. "mygov ID" üzərindən autentifikasiya şəxsi məlumatların qorunmasını gücləndirir, kənar müdaxilə risklərini minimuma endirir və xidmətlərdən istifadə prosesini sadələşdirir.

Bu addım ölkədə rəqəmsal idarəetmə və vahid xidmət ekosisteminin inkişafı istiqamətində görülən işlərin davamıdır. Rəqəmsallaşmanın genişləndirilməsi, dövlət və xidmət platformalarının vahid sistem üzərindən əlçatanlığının artırılması istiqamətində müəyyən edilmiş hədəflər özəl sektorun da bu prosesə daha fəal inteqrasiyasını tələb edir.

İnnovativ xidmət platformasının inkişafı çərçivəsində abunəçilər hazırda şəxsi kabinet vasitəsilə balans, tarif və ödənişlərini rahatlıqla idarə edə, internet sürətini ölçə bilirlər.

İnternet sürəti və xidmət keyfiyyəti sahəsində ölkənin aparıcı provayderlərindən biri olan "Azeronline" yeni inteqrasiya ilə rəqəmsal xidmət imkanlarını daha da genişləndirir. Şirkət müasir texnoloji həllər və müştəriyönümlü yanaşma əsasında həm fərdi, həm də korporativ istifadəçilər üçün etibarlı internet xidmətləri təqdim etməyə davam edir.