Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Bu məktəblərdə dərslər onlayn keçirilir

18 may 2026, 11:58
Bu məktəblərdə dərslər onlayn keçirilir

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçirilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. 

Bildirilib ki, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunur.

Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlayırlar. Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılır.