Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib

18 may 2026, 11:00
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib

Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) elmi-praktiki konfrans təşkil olunub.

Liderxeber.az xəbər veriri ki,tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti müəllim-tələbə heyəti qarşısında aktual mövzularla bağlı məruzələrini təqdim ediblər.

Konfransın moderatoru, universitetin İqtisadiyyat kafedrasının müdiri, i.e.f.d., dosent Zivər Zeynalova bildirib ki, Beynəlxalq Forum ölkəmizin şəhərsalma siyasəti və memarlıq ənənələrinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.

Elm və innovasiya məsələləri üzrə prorektor, i.e.f.d., dos. Natəvan Namazova Mingəçevir Dövlət Universitetində təşkil olunan bu konfrasda iştiraka görə AQC rəhbərliyinə təşəkürünü bildirib.

AQC İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Şəhərsalma, smart infrastruktur və əmlak bazarının gələcəyi: enerji effektiv binaların qiymətləndirilməsi, urbanizasiya prosesində innovativ yaşayış modelləri və investor gözləntiləri” mövzusunda məruzə edib. O, müasir şəhərsalma prosesində enerji effektivliyinin iqtisadi qiymətləndirilməsinə yeni yanaşmaların zəruriliyini qeyd edib. V.Oruc vurğulayıb ki, “smart” infrastruktur layihələri əmlak bazarında dəyər artımını stimullaşdıran əsas amillərdən biridir və investorların qərarlarına birbaşa təsir göstərir.

AQC İdarə Heyəti sədrinin müavini Nail Həşimov “FutureProof Housing və biznes qiymətləndirilməsinin yeni dövrü” mövzusunda çıxış edərək, mənzil təminatında davamlılıq prinsiplərinin biznesin qiymətləndirilməsinə inteqrasiyasından bəhs edib. O, gələcəyin risklərinə cavab verən yaşayış modellərinin həm kommersiya, həm də sosial baxımdan effektivliyini təhlil edərək, bu sahədə peşəkar standartların tətbiqi məsələlərinə toxunub.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, biznes-analitik, AQC İdarə Heyəti sədrinin müşaviri Asif İbrahimov “FutureProof Housing: Beynəlxalq standartlar gələcəyin şəhərlərini necə formalaşdırır?” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi beynəlxalq idarəetmə standartlarının şəhərsalma arxitekturasında oynadığı rolu diqqətə çatdırıb. Bildirilib ki, qlobal standartların yerli mühitə adaptasiyası şəhərlərin daha sistemli və təhlükəsiz idarə olunmasına şərait yaradır.

Tədbirin yekununda universitetin akademik heyəti və tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb. Qeyd olunub ki, Beynəlxalq Forum çərçivəsində keçirilən bu görüşlər elmi biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsi və gənc kadrların müasir trendlərlə tanış olması məqsədi daşıyır.