Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Qızıl və gümüş ucuzlaşıb

18 may 2026, 09:25
Qızıl və gümüş ucuzlaşıb

Nyu-York Əmtəə Birjasının bölməsi olan "Comex" platformasında 2026-cı ilin iyun ayında tədarük ediləcək qızıl füçersinin dəyəri 30 mart 2026-cı ildən bu yana ilk dəfə olaraq bir troya unsiyası üçün 4 500 dollardan aşağı düşüb.

Liderxeber.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 05:02-yə olan göstəricilərə əsasən, qızılın qiyməti 1.43% ucuzlaşaraq bir troya unsiyası üçün 4 496.7 dollar təşkil edib. Saat 05:12-də fyuçers eniş tempini yavaşladaraq bir unsiya üçün 4 507 dollar (-1.2%) səviyyəsində qərarlaşıb. Saat 06:20-yə olan vəziyyətə görə isə, "Comex"də 2026-cı ilin iyununda çatdırılmalı olan qızıl füçersinin dəyəri 0.57% azalaraq bir troya unsiyası üçün 4 536 dollara bərabər olub.

Eyni zamanda, gümüş füçersinin qiyməti də 5 may 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 75 dollardan aşağı enib. Saat 04:34-ə olan məlumatlara görə, gümüşün dəyəri 3.66% geriləyərək bir troya unsiyası üçün 74.7 dollara düşüb. Saat 04:44-ə qədər ucuzlaşma sürətlənib və gümüşün bir troya unsiyası 74.33 dollardan (-4.14%) ticarət edilib. Saat 06:20-də gümüşün qiymətindəki eniş yavaşlayıb və o, bir troya unsiyası üçün 75.41 dollar (-2.93%) səviyyəsində ticarət olunub.