Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

QHT-lərlə görüş keçirildi - Fotolar

14 may 2026, 16:17
QHT-lərlə görüş keçirildi - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın üzvləri və digər QHT-lərin nümayəndələrinin iştirakı ilə “Himayədar ailə institutunun inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, görüşdə himayədar ailə institutuna dair təqdimat edilib.

Nazirliyin və Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin müvafiq struktur bölmələrinin rəhbərləri çıxış edərək “Himayədar ailə” qayğı modelindən əhəmiyyətindən bəhs ediblər.

Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan bu modelin valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəfləndiyi vurğulanıb.

İctimai şuranın üzvü Zülfiyyə Nuriyeva Nazirlik tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərinin təşkilində, habelə “Himayədar ailə” qayğı modelinin tətbiqi işlərində ictimai iştirakçılığın təmin edilməsindən bəhs edib. Bu sahədə görülən işlərin, həmçinin davamlı olaraq keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Digər QHT nümayəndələri çıxış edərək mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı himayədar ailələrin seçimi, ictimai maarifləndirmənin gücləndirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, həmçinin tərəfdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.