Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Laçınla Daşkəsənə dolu düşüb

14 may 2026, 11:00
Laçınla Daşkəsənə dolu düşüb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində şimşək çaxıb, arabir yağış yağıb.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub. Mayın 13-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Saatlıda 21, Zaqatala və Sabirabadda 20, Naftalanda 18, Qobustan və Biləsuvarda 16, Şəkidə 15 m/s-dək güclənib.

Düşən yağıntının miqdarı: Qaxda (Sarıbaş) 23, Sabirabad, Şahbuzda 13, İmişlidə 9, Gədəbəydə 8, Saatlı, Qobustanda 7, Şirvan, Ordubad, Biləsuvar, Culfada 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Daşkəsən, Balakən, Zaqatala, Şamaxı, Cəlilabad, Beyləqan, Lənkəran, Astara, Lerikdə 3, İsmayıllı, Ağstafa, Neftçala, Cəbrayıl, Sədərək, Ağdamda 2, Laçın, Yardımlı, Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Xaltan (Quba), Xızı, Şəki, Şahdağ, Tovuz, Gəncə, Naftalan, Şəmkir, Goranboy, Naxçıvan, Şərurda 1 mm-dir.

Mayın 13-də saat 18:23-18:30 radələrində Laçın şəhərinə 9-12 mm saat 19:32-19:34 radələrində isə Daşkəsən rayonuna xırda dənəli dolu düşüb.