Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi

14 may 2026, 09:38
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi

Bakıda avtomobilində avtomat gəzdirən taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib.

Liderxeber.az xəbər verir ki, 1991-ci il təvəllüdlü V.Musayevin idarə etdiyi “Changan Qiyuan A05” markalı avtomobil Nizami rayonu Qara Qarayev prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobildə axtarış aparılarkən “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində açılmış işin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, V.Musayev əsasən Bakıya qonaq gələn ərəb turistləri avtomobili ilə gəzdirirmiş.

O, Məhkəmənin hökmü ilə 1 il həbs cəzasına məhkum edilib. İstintaq müddətində ev dustağı olan taksi sürücüsü məhkəmə zalındaca qandallanaraq təcridxanaya göndərilib.