Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

WUF13-ün vizual hekayəsi...

14 may 2026, 09:27
WUF13-ün vizual hekayəsi...

WUF13-ün rəsmi loqosunun videosu yayımlanıb.

Liderxeber.az xəbər verir ki, videoda loqo yalnız bir qrafik simvol deyil, Azərbaycanın tarixini, mədəniyyətini və Bakının müasir şəhər ruhunu bir araya gətirən vizual hekayə kimi təqdim olunur.

Loqonun əsas elementləri Azərbaycanın memarlıq ənənələrindən ilhamlanaraq hazırlanıb.

Videoda Azərbaycanın qədim memarlıq ənənələrində geniş istifadə olunan incə şəbəkə naxışları, Xəzər dənizinin dalğaları, Bakının külək ritmini əks etdirən elementlər, eləcə də, Qız Qalasının qədim silueti və Alov Qüllələrinin müasir görüntüsü öz əksini tapıb.

Vizual üslubda Azərbaycanın tarixi irsi və Bakının çağdaş şəhər ruhu vahid kompozisiyada birləşdirilib.

Hazırlanan dizayn şəhərin keçmişi, bu günü və gələcəyi arasındakı əlaqəni simvolizə edir və Bakının həm tarixi, həm də innovativ simasını ön plana çıxarır.