Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

13 may 2026, 15:31
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün müsabiqə elan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

Müsabiqəyə təqdim edilən materiallar:

Jurnalist müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı reportaj;

- ən yaxşı ictimai-siyasi təhlil;

- ən yaxşı sosial-iqtisadi təhlil;

- ən yaxşı müsahibə;

- ən yaxşı mədəniyyət materialı;

- ən yaxşı köşə yazısı;

- ən yaxşı jurnalist araşdırması;

- ən yaxşı oçerk.

Jurnalist müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı ictimai-siyasi reportaj;

- ən yaxşı sosial-iqtisadi reportaj;

- ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 20 may 2026-ci il 18:00 tarixinədək davam edəcəkdir.

MEDİA - fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.