Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib - Video

07 may 2026, 17:23
25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib - Video

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir. 

Liderxeber.az xəbər verir ki, su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların tənzimləmə işlərinin düzgün təşkili və primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyalarının təkmilləşdirilməsi və yeni güclü nasoslar qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.

Hazırda 24 saat fasiləsiz su ilə təmin edilən böyük ərazilərdən bir neçəsini Abşeron, Binəqədi, Xəzər, Nərimanov rayonlarını misal göstərə bilərik. Artıq su verilişi əvvəlki qrafikə uyğun məhdudlaşdırılmır, əksinə 24 saat boyunca davamlıdır. Bu, əhalinin gündəlik su ehtiyaclarını qarşılayır və su kəsilmələrinin qarşısını alır.

İyirmi beş min abonentin fasiləsiz su ilə təmin olunacağı Xəzər rayonunun sakinləri arasında bu mövzu ilə bağlı kiçik sorğu da keçirilib. Sakinlər fasiləsiz su təchizatı ilə təmin olunduqlarını təsdiqləyərək ötən illərlə müqayisədə indiki nəticəni müsbət qiymətləndiriblər, abonent məmnunluğunun artırılmasına xidmət edən işlərin səmərəli təşkilinə görə icraçılara minnətdarlıqlarını bildiriblər.