Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Bəzi universitetlər distant tədrisə əməl etməyəcək? - Açıqlama

07 may 2026, 13:39
Bəzi universitetlər distant tədrisə əməl etməyəcək? - Açıqlama

Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrində tədris distant formada keçiriləcək.

Elm və təhsil naziri Emin Əmrullayev Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı Əmr imzalayıb. 

Liderxeber.az xəbər verir ki, lakin bəzi tələbələr müraciətlər edərək təhsil aldıqları universitetlərdə tədrisin ənənəvi qaydada davam etdiriləcəyini bildiriblər. Onların sözlərinə görə, rəhbərlik tərəfindən bu qaydanın paytaxtın kənarda yerləşən ali məktəblərinə şamil edilməyəcəyi barədə xəbərdarlıq edilib.

Məsələyə aydınlıq gətirmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 18-22 may tarixlərində Bakıdakı bütün ali və orta ixtisas məktəblərində tədris onlayn formada təşkil ediləcək: “Bu təcrübə pandemiya dövründən mövcuddur və bu formata keçidlə bağlı heç bir çətinlik yoxdur, maddi və texniki imkanlar buna cavab verir”.