Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Metronun iş rejimi dəyişdirilir: interval artırılır

07 may 2026, 12:02
Metronun iş rejimi dəyişdirilir: interval artırılır

9 May - Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, 9 və 11 mayda "28 May-Əhmədli" mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq. Bənövşəyi xətdə, "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud qrafik dəyişməz qalacaq. "Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək.

Qeyd edilib ki, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün stansiyalarda nəzarət gücləndiriləcək, əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.