Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Mağazada zərər verdiyiniz məhsula görə cərimələnməyə bilərsiniz - Qanun nə deyir?

06 may 2026, 16:50
Mağazada zərər verdiyiniz məhsula görə cərimələnməyə bilərsiniz - Qanun nə deyir?

Bəzən mağazalarda müştərilər vitrindəki məhsullara təsadüfən, yəni istəmədən zərər verə bilərlər. Belə vəziyyətlər müştəri ilə mağaza rəhbərliyi arasında anlaşılmazlıq yaradır.

Liderxeber.az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu vitrindəki məhsullara zərər verilməsinə görə haqqın ödənilməsi ilə bağlıdır.

Əgər hadisə istəmədən baş veribsə, buradakı ziyanı sahibkar, yəni mağazanın sahibi ödəyir. Mülki Məcəllənin 152.10-cu maddəsində qeyd olunur ki, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski mülkiyyətçinin (satıcının) üzərinə düşür.

Yəni mağazada məhsulun təsadüfən sındırılmasına və ya zədələnməsinə görə məsuliyyət daşımırsınız. Bu halda sizdən məhsulun ödənişi tələb oluna bilməz.

Təsadüfi hallara alıcının hərəkətləri ilə əlaqəli olmayan, digər səbəblərdən yaranan ziyanlar aid edilir. Məsələn, məhsulların düzgün yerləşdirilməməsi, satıcının məhsulların təhlükəsizliyi üçün lazımi şəraiti təmin etməməsi və s.

Lakin sözügedən hal qəsdən baş veribsə, o zaman məsuliyyət daşıyırsınız və buna görə də dəymiş ziyanı ödəməlisiniz.