Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Aeroport şosesində ağır qəza - Ölən var

05 may 2026, 18:11
Aeroport şosesində ağır qəza - Ölən var

Paytaxtın Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Mercedes” markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldıqları müəyyən olunub.

Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib, qəza nəticəsində həyatını itirmiş sürücü İmanov Mansur Güləxan oğlunun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.