Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər

05 may 2026, 13:15
Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdirilə bilər

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili zamanı “yaşıl dəhliz” prinsipi tətbiq olunacaq, yolların tam bağlanması isə nəzərdə tutulmur.

Liderxeber.az xəbər verir ki, bu barədə WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, xüsusi ayrılmış marşrutlar üzrə fasiləsiz hərəkətin təmin edilməsi, zəruri hallarda isə yol kəsişmələrində prioritet keçidin verilməsi nəzərdə tutulur.

“Məqsəd iştirakçıların vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtələrinə çatdırılmasını təmin etməkdir. Bu məqsədlə müvafiq tədbirlər görüləcək, həm yol hərəkətinin təşkili, həm də təhlükəsizlik tədbirləri paralel şəkildə həyata keçiriləcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, tədbirin açılış günü – mayın 18-də hərəkətin intensivliyi nəzərə alınaraq bəzi istiqamətlərdə müvəqqəti dəyişikliklər tətbiq edilə bilər. Bu dəyişikliklər əsasən yüksəksəviyyəli qonaqların və rəsmi nümayəndə heyətlərinin hərəkətinin təmin olunmasına xidmət edəcək. Lakin ümumilikdə yolların tam bağlanması nəzərdə tutulmur, yalnız zəruri hallarda qismən istiqamət dəyişiklikləri tətbiq oluna bilər”, - deyə o qeyd edib.

WUF13 zamanı yollarda postların qurulmasına gəlincə, NİİM rəisi bildirib ki, ümumilikdə rayonlardan və bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin hərəkətinə hər hansı məhdudiyyət tətbiq olunmayacaq, yollarda postların qurulması və nəqliyyat vasitələrinin buraxılmaması kimi hallar nəzərdə tutulmur: “Yalnız açılış günü (18 may) zərurət yarandığı halda paytaxtın cənub hissəsində, “Lökbatan dairəsi” kimi tanınan ərazidə nəqliyyat axınında müvəqqəti tənzimləmə tətbiq oluna bilər. Bu zaman paytaxta daxil olan nəqliyyat vasitələri kənar dairəvi yola yönləndirilə bilər. Lakin bu, məhdudiyyət və ya postların qurulması kimi qiymətləndirilməməlidir. Yalnız hərəkətin səmərəli təşkili məqsədilə istiqamət dəyişiklikləri nəzərdə tutulur və bu da müvəqqəti xarakter daşıyır”.