Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

WUF13-də fasiləsiz nəqliyyat əlaqəsi bu 4 istiqamətdə qurulacaq

05 may 2026, 11:51
WUF13-də fasiləsiz nəqliyyat əlaqəsi bu 4 istiqamətdə qurulacaq

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində əsas istiqamətlərdən biri Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər mərkəzində yerləşən nəqliyyat mübadilə mərkəzlərinə birbaşa daşımaların təşkilidir”.

Liderxeber.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.

“Bu daşımalar 24 saat fasiləsiz rejimdə həyata keçiriləcək və müvafiq cədvəllər əvvəlcədən iştirakçılar və ictimaiyyət üçün açıqlanacaq. İkinci istiqamət hava limanından birbaşa tədbir məkanına daşımaların təşkili, üçüncü istiqamət isə şəhər daxilində yerləşən nəqliyyat mübadilə mərkəzlərindən tədbir məkanına birbaşa nəqliyyat əlaqəsinin qurulmasıdır. Bu mərkəzlər əsasən hotellərə yaxın ərazilərdə yerləşir, uzaq ərazilər üçün isə əlavə dayanacaqlar müəyyən edilib.

Dördüncü istiqamət ictimai nəqliyyatın bu sistemə inteqrasiyasını nəzərdə tutur. Belə ki, metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən nəqliyyat mübadilə mərkəzindən 24 saat fasiləsiz xüsusi marşrut xətti fəaliyyət göstərəcək və sərnişinlər birbaşa tədbir məkanına çatdırılacaq. Tədbirlə əlaqədar 9 şəhər nəqliyyat mübadilə mərkəzi müəyyən edilib, 2 şəhərdaxili müntəzəm avtobus xətti istifadə olunacaq, ümumilikdə 67 dayanacaq cəlb ediləcək. Həmçinin hava limanı istiqaməti üzrə 6 müntəzəm avtobus xətti fəaliyyət göstərəcək”, - Vüqar Aslanov bildirib.