Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO

02 may 2026, 10:46
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO

Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun 7-ci km-də yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Liderxeber.az qurumun mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyini və yayılma riskinin yüksək olduğunu müəyyən edib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 650 kv.m olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m sahədə və bitişik sahəsi 120 kv.m olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış "İsuzu" markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.

Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.