Son Xəbərlər
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi

Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi

01 may 2026, 16:46
Rəsmi Pekindən sərt açıqlama: ABŞ-ni qisasla hədələdi

Əgər ABŞ telekommunikasiya sahəsində əlavə qadağalar tətbiq edərsə, Pekin yerli şirkətlərin müdafiəsi istiqamətində bütün zəruri addımları atacaq.

Liderxeber.az xəbər verir ki, bu məlumat Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi bəyanatında öz əksini tapıb.

Qurumdan qeyd edilib ki, rəsmi Vaşinqton öz mövqeyindən geri çəkilməsə, Çin öz müəssisələrinin qanuni mənafelərini və hüquqlarını qorumaq məqsədilə müvafiq tədbirlər görəcək. Nazirlik ABŞ-ni bu yanlış siyasətdən imtina etməyə, bazar prinsiplərinə riayət etməyə və qəbul olunmuş məhdudiyyətləri aradan qaldırmağa səsləyib.

Pekinin mövqeyinə görə, ABŞ Federal Rabitə Komissiyası milli təhlükəsizlik anlayışından sui-istifadə edərək texnoloji neytrallıq prinsiplərini pozur. Tətbiq edilən yeni qadağalar həm Çin, həm də digər dövlətlərin şirkətlərinə qarşı əsassız ayrı-seçkilik yaradır və qlobal elektronika tədarükü zəncirinin sabitliyinə ciddi təhdid formalaşdırır.

Məlumat üçün bildirək ki, ABŞ-nin tənzimləyici orqanı Birləşmiş Ştatlarla xüsusi razılaşması olmayan dövlətlərin sertifikatlaşdırma və sınaq mərkəzlərinin ölkə ərazisində fəaliyyətini qadağan edən qərar qəbul edib. Bundan əlavə, qara siyahıya salınmış təşkilatlara xidmət göstərilməsi hüququ da ləğv olunub.